21 İyul 2023 08:43
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hörmüz boğazında hərbi mövcudluğun gücləndirir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.

Qeyd olunub ki, iki desant gəmisi İran sahillərinə göndəriləcək,

Söhbət universal desant gəmisi - "USS Bataan" və desant gəmisi "USS Carter Hall"dan gedir.

Gəmilər və F-16 və F-35 qırıcılarının aviasiya qrupu ilə birlikdə Fars və Oman körfəzlərini birləşdirən Hörmüz boğazında fəaliyyət göstərəcəklər.

Bu zona dünya enerji ticarətinin əhəmiyyətli hissəsinin bu boğazdan keçməsi ilə əlaqədar strateji əhəmiyyət kəsb edir.

Pentaqon iddia edir ki, bu tədbirlər İrana qarşı yönəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər