Türkiyə Yunanıstanda davam edən meşə yanğınları ilə mübarizəyə 2 amfibiya yanğınsöndürmə təyyarəsi və 1 yanğınsöndürmə helikopteri göndərəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezident Rəcəb Tayyib Ərdoğan təlimat verib.
Türkiyə Telekommunikasiya və Rabitə Müdirliyindən verilən açıqlamada qeyd olunub: “Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişilə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Orman Genel Müdirliyinin inventarında qeydiyyatda olan 2 yanğınsöndürmə təyyarəsi və 1 yanğınsöndürmə helikopteri uçuş heyətləri ilə Yunanıstana göndəriləcək. Yunanıstanda baş verən meşə yanğınlarına qarşı təsirli manevr qabiliyyətinə malik amfibiya təyyarələri, yerli və milli imkanlarla istehsal edilən yanğınsöndürmə helikopteri qonşu ölkədə istifadə olunacaq”.