Pakistanda kütləvi insan tələfatı ilə nəticələnən növbəti terror aksiyası baş verib. Ravalpindi şəhərində məscidin qarşısında törədilən partlayış nəticəsində 6 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
Teleqraf.com-un "Reuters" agentliyinə istinadən məlumatına görə, terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb və insanların ibadət etdiyi məkanda intiharçı terror aksiyasını gerçəkləşdirib.
Partlayış zamanı çoxlu sayda mömin məsciddə dini bayramı qeyd edirmiş.