Avropa özünün güc trurktularının fəaliyyətini əlaqələndirməli, mümkün təhdidlərlə birgə mübarizə aparmalı, bu məqsədlə vahid kəşfiyyat şəbəkəsi formalşdırmalıdır. Müvafiq təkiiflə İtaliyanın baş naziri Matteo Renzi çıxış edib. O söyləyib ki, vahid Avropa kəşfiyyat xidmətinin yaradılması ümumi təhlükəsizliyin təmin olunması baxımından zəruridir.
İTAR-TASS agentliyinə istinadən məlumatına görə, bunu M.Renzi yerli televiziyada çıxış edərkən bildirib.
“Biz vahid təhlükəsizlik və kəşfiyyat xidməti, diplomatiya şəbəkəsi yaratmağa səy göstərməliyik. Yeni təhdidlərə qarşı vahid idarəetmənin olması zəruridir”, deyə baş nazir vurğulayıb.