"Yunanıstanda havanın temperaturu azalana qədər qarşıda bizi daha üç çətin gün gözləyir. Növbəti bir neçə həftə ərzində daim ayıq-sayıq olmalıyıq. Müharibə vəziyyətindəyik”.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ölkədə baş verən yanğınlarla bağlı danışarkən deyib.
O, ölkəsinin meşə yanğınları ilə mübarizə apardığına diqqət çəkərək, əhaliyə xəbərdarlıq edib:
“İtirdiklərimizi bərpa edəcəyik. İqlim böhranı buralara da gəldi. Bu böhran özünü Aralıq dənizi ölkələrində böyük fəlakətlərlə göstərəcək”.
Yunanıstanın aparıcı kurortlarından biri olan Rodos adasında alov yeddinci gündə nəzarətdən çıxıb, yüzlərlə insan evlərini və otellərini tərk etməyə məcbur olub.