Azərbaycan Xəzər dənizindən Avropaya "yaşıl enerji"nin ötürülməsi ilə bağlı 3 ölkə ilə birgə müəssisə yaradacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında yazıb.
"Buxarestdə Gürcüstan, Rumıniya və Macarıstandan olan həmkarlarla "yaşıl enerji"nin Xəzər dənizindən Avropaya ötürülməsini nəzərdə tutan layihənin reallaşdırılması üçün 4 ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumunu imzaladıq", - deyə nazir əlavə edib.