Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa Vladimir Putini “Taxıl sazişi”ni bərpa etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o, Sankt-Peterburqda "Rusiya-Afrika" ikinci sammiti çərçivəsində deyib.
Siril Ramafosa bildirib ki, Afrikanın taxıl tədarükünə daha çox ehtiyacı var.
O əlavə edib ki, CAR “Taxıl sazişi”nin bərpa olunmasını, Qara dənizin dünya bazarlarına açıq olmasını istəyir: “Afrikanın məqsədi buna nail olmaqdır”.