Fransanın paytaxtında baş verən terror aksiyaları ilə əlaqədar bir sıra kütləvi etiraz tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Sabah prezident Fransua Ollandın çağırışı ilə Parisdə dünya liderlərinin iştirakı ilə birlik marşı keçiriləcək.
Teleqraf.com-un Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə Rusiyanı xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Birlik marşında həmçinin Türkiyə baş naziri Əhməd Davudoğlu, Ukrayna prezidenti Pyotr Poroşenko, Böyük Britaniya baş naziri Devid Kemeron və İtaliya baş naziri Matteo Renzi iştirak edəcəklər.
Qeyd edək ki, “Respublika marşı” bu ilin yanvarın 7-9-da Fransada baş vermiş terror aktları qurbanlarının xatirəsinə həsr olunacaq.