Türkmənistan Hava Yolları bu gündən etibarən Aşqabaddan Moskvaya uçuşları dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu haqda aviaşirkətin saytında məlumat verilib.
“Uçuşların dayandırılması qərarı “Moskva hava zonasındakı hava vəziyyəti, habelə uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə risklərin qiymətləndirilməsi əsasında” verilir”.
Bildirilib ki, avqustun 22-dək Moskvaya uçuşlar olmayacaq. Aşqabad-Moskva-Aşqabad marşrutu ilə uçan bütün təyyarələr bundan sonra Aşqabad-Kazan-Aşqabad marşrutu ilə uçacaq.