2 Avqust 2023 08:15
2 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın Nəqliyyat Nazirliyi ilə İranın Yollar və Şəhərsalma Nazirliyinin nümayəndələri arasında videokonfrans formatında danışıqlar keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistanın Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, danışıqlar zamanı Özbəkistan, Türkmənistan və İran hökumətləri arasında beynəlxalq nəqliyyat dəhlizinin təşkili haqqında sazişin imzalanmasının sürətləndirilməsi, İran ərazisindən keçən beynəlxalq avtomobil daşımalarında rüsumların azaldılması, “Bəndər Abbas” və “Çabahar” limanlarından idxal və ixrac üçün istifadə imkanları məsələləri müzakirə olunub.

Tərəflər Özbəkistan-Əfqanıstan-İran marşrutu üzrə beynəlxalq nəqliyyat dəhlizini inkişaf etdirməyi planlaşdırırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər