Rusiya Ukraynadakı müharibədə arxa cəbhəni gücləndirmək üçün yeni böyük birləşmələr yaratmağa başlayıb, lakin yeni səfərbərlik dalğası olmadan, çətin ki ən azı bir ordu korpusu formalaşdıra bilsin.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının məlumatında bildirilir.
"Rusiya Ukraynanı işğal etdikdən sonra, əsasən, mövcud birləşmələri doldurmaq və ərazi müdafiəsi üçün piyada alaylarının bir hissəsi kimi səfərbər edilmiş ehtiyatdan istifadə etdi. Demək olar ki, birləşmiş silahlı ordular kimi böyük yeni birləşmələr yaratmadı. İstisna 2022-ci ilin yayında yaradılmış və ümumiyyətlə zəif nəticələr göstərən 3-cü Ordu Korpusu idi", - Kəşfiyyat qeyd edib.
Qeyd olunub ki, son iki ay ərzində Rusiya quru qoşunlarını gücləndirmək üçün yeni iri birləşmələr formalaşdırmağa başlayıb: "Bunlara 25-ci Birləşmiş Silahlı Ordu da daxildir".