Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilovun Krım körpüsünə hücumlarda Ukraynanın əli olması ilə bağlı sözlərini “daha bir təsdiq” adlandırıb.
Teleqraf.com xəbər verir ki, Peskov bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Əslində belə bir məlumatımız var idi, bunu bilirdik. Buna görə də, bu daha bir təsdiq oldu",- deyə Kreml sözçüsü bildirib.