11 Yanvar 2015 01:02
853
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub. Teleqraf.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin saytında yerləşdirilmiş məlumatda deyilir.
Tərəflər Ukrayna böhranının müxtəlif aspektlərini müzakirə ediblər. Putin diqqəti prioritet məsələ kimi atəşkəs rejiminin gözlənilməsi və Ukraynanın cənub-şərq regionlarının iqtisadi bərpasına dəstəyin vacibliyinə yönəldib.
“Putin və Merkel “Normand formatı”nda birgə səyləri gücləndirmək barədə razılığa gəliblər”, - deyə məlumatda vurğulanır. /musavat.com/

Müəllif:

Oxşar xəbərlər