Almaniyanın "Şpigel" jurnalı Bəşər Əsədlə bağlı şok iddia irəli sürüb.
Teleqraf.com "Sabah"a istinadən xəbər verir ki, jurnalda yer alan xəbərə görə, Suriya dövlət başçısı dünyadan xəbərsiz nüvə zavodi tikit. Zavodun Livanla sərhəddə, yerin altında inşa edildiyi bildirilir.
Görnr, 2011-ci ildə Suriyada başlayan üsyandan sonra 150 mindən çox insanı qətl edən Bəşər Əsəd qan tökməkdən doymayıb. 2013-ci ilin avqust ayında Dəməşq yaxınlığındakı Şərqi Guta şəhərinə kimyəvi hücum təşkil edən, 600-ü qadın və uşaq olmaqla 1300 adamı qətlə yetirən Əsəd rəhbərliyinin nüvə zavodunu Livanla sərhəddə, Homs şəhəri yaxınlığında yerin altında inşa edir. Zavodun peykdən çəkilən görüntüləri və gizli sənədləri jurnal tərəfindən nəşr olunub.
Şok effekti yaradan xəbərdə daha sonra bildirilir ki, Livan sərhədindəki Kusayr qəsəbəsindəki bir təpədə qurulan zavod artıq elektrik və su nəqli ilə təmin edilib. Hətta zavodun Livandan 2 km aralıda yerləşdiyi də bildirilir.
Şimali Koreya və İran Əsədin layihəsini dəstəkləyir
Mütəxəssislər bu zavodun "Zəmzəm" kod adlı layihənin bir hissəsi olduğunu bildirib. Ən maralısı isəodur ki, bu layihəyə Şimali Koreya və İranın da dəstək verdiyi bildirilir.
Xəbərə görə İsrail tərəfindən 2007-ci ildə bombalanan Kibar Nüvə Kompleksində qalan 8 min qədər nüvə yanacağı materialının da yeni mərkəzə daşınmış ola biləcəyi qeyd edilir.
Zavodu "Hizbullah" qoruyur
"Spigel" fikirlərini öyrəndiyi qərbli mütəxəssislərə əsaslanaraq, Suriya rejiminin atom bombası layihəsində iranlı və Şimali Koreyalı mütəxəssislərin yer ala biləcəyini yazıb. Jurnala görə, Suriyanın atom bombası istehsal edəcək mərkəzinin təhlükəsizliyini isə "Hizbullah" təşkilatı öz üzərinə götürüb.
Nihad