11 Yanvar 2015 16:54
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyada müsəlman azlığına dəstək olaraq ümumxalq aksiyası keçirilib.


Teleqraf.com publika.az-a istinadən xəbər verir ki, çexlər yapon əsilli siyasətçinin islamafobiya məzmunlu bəyanatlarına cavab olaraq müsəlmanların restoranlarına gedib və kabab yeyiblər.

Xatırladaq ki, Çexiya sağ radikal partiyanın lideri, yapon əsilli siyasətçi Tomio Okamura çexləri məscidlərin yanında donuzları və itləri gəzdirməyə, müsəlmanların restoranları və mağazalarını boykot etməyə çağırıb. Okamurının irqçi bəyanatlarına cavab olaraq çexlər “Tomio üçün kabab” aksiyasını təşkil ediblər və minlərlə insan Şərq mətbəxinin yeməklərini yemək üçün müsəlmanların qəlyanaltı və restoranlarına gediblər.

Sosial şəbəkələrdə isə çexlər daha bir kampaniyaya başlayıblar. “Səfehliyə qarşı kabab” adlanan kampaniya ölkənin müsəlman icması ilə həmrəylik nümayiş etdirmək üçün keçirilir.


Müəllif: