“Almaniyanın “Taurus” uzaqmənzilli raketləri Krım körpüsünü dağıtmağa və düşmənin arxa cəbhəsinin dərinliklərində bir çox mühüm hədəfləri vurmağa qadirdir”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Valeri Romanenko deyib.
“Yəni Krımı tamamilə bağlayırıq, xüsusən də Krım limanlarını. Krımın logistikasını pozsaq, ora tanklarla getməyə ehtiyac qalmayacaq. Yəni “Taurus” əlimizə çatsa, bu, ciddi sərmayə olacaq. Bu raketlərlə Rusiyanın ən mühüm obyektlərini - keçidin yerləşdiyi Kerç limanının infrastrukturunu vurmaq və Kerç körpüsünü bitirmək olar, eləcə də Sevastopol limanındakı gəmilər və Qara dəniz donanmasının anbarlarını. Yanacaq anbarları “Taurus”lar üçün əla hədəflərdir”, - ekspert bildirib.
Almaniya parlamenti artıq sözügedən raketlərin Ukraynaya göndərilməsi ilə bağlı qərar qəbul edib.