8 Avqust 2023 21:58
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada mühərrik həcmi 1,9 litrdən çox olan benzin və dizel yanacağı ilə işləyən avtomobillərin, eləcə də hibrid avtomobillərin Rusiyaya ixracına qoyulan qadağa sabahdan qüvvəyə minir.

Teleqraf.com xəbər verir ki, qərar iyulun 28-də qəbul edilib.

Bu kateqoriyadan olan avtomobillərdən əlavə, 750-yə yaxın adda, o cümlədən ağır avtomobillər üçün təkərlər, yaxtalar, avtomobil oturacaqları, avtomobil qıfılları, keramika, kağız, şüşə, keramik plitələr, sement, toxuculuq məhsulları və bir sıra mallar ixrac məhdudiyyətinə məruz qalıb.

Məhdudiyyətlər həm yeni, həm də işlənmiş avtomobillərə tətbiq ediləcək.

Bəzi ekspertlərin fikrincə, bu qadağa Rusiya Federasiyasına avtomobillərin ixracını demək olar ki, yarıya qədər azalda bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər