12 Avqust 2023 22:11
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bitlis vilayətində narıncı kateqoriyada axtarılan 4 terrorçu zərərsizləşdirilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya açıqlama verib.

Onun sözlərinə görə, Bitlis çölündə həyata keçirilən əməliyyatda "Terrorçuluq siyahısında" narıncı kateqoriyada olan 4 terrorçu zərərsizləşdirilib, 8 şübhəli isə nəzarətə alınıb.


Müəllif: Pərvin Cəfərova