Türkiyə Xarici işlər naziri Mövlüd Çavuşoğlunun, "Həmas"ın rəhbərlərindən Xalid Məşələ və digər "Həmas" liderlərinə Türkiyənin qapılarının açıq olduğunu deməsinə ABŞ-dan sərt reaksiya gəlib.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, ABŞ rəsmiləri son 9 gündə ikinci dəfə Türkiyənin "Həmas" ilə əlaqələrinə diqqət çəkib. ABŞ Xarici İşlər Nazirliyi sözçüsü Cen Psaki paytaxt Vaşinqtonda keçirdiyi mətbuat konfransında Çavuşoğlu'nun, ABŞ-ın xarici terror təşkilatı kimi gördüyü "Həmas"ın rəhbərlərindən Xalid Məşəl ilə bağlı sözlərinin Vaşinqtonu narahat etdiyini və narahatlığın Türkiyə rəsmilərinə çatdırıldığını deyib.
Cen Psaki mətbuat konfransında mövzuyla əlaqədar ona ünvanlanan suallara cavab verib. O, deyib ki, ABŞ-ın "Həmas" ilə əlaqədar mövqeyimizdə bir dəyişiklik yoxdur. "Həmas" xarici bir terror təşkilatıdır və terror fəaliyyətini davam etdirməkdədir. "Həmas" bu niyyətini keçən yaz İsrail ilə yaşanan qarşıdurma əsnasında da göstərmişdi. Məşəlin Türkiyəyə son səfərindən xəbər tutduqda narahatlığımızı Türk səlahiyyətlilərə çatdırdıq. Gərginlikləri azaltmaq və zorakılığı önləmək üçün Türkuyə hökumətindən "Həmas"a təzyiq etməsini da istədik"dedi.
Psaki "Bu adam terror təşkilatının lideridir. Türkiyəni ziyarət edən Ayman Zəvahiri olsa, eyni şəkildə səssiz qalardınızmı, "narahatlığımızı çatdırdıq deməklə kifayətlənərdinizmi" sualına isə "Qətiyyən səssiz qalmadıq, hər vəziyyəti ayrı-ayrılıda nəzərdən keçiririk" deyib.
Psaki bir jurnalistin "Xalid Məşəlin Ankaraya səfəri Türkiyənin terroru dəstəkləyən dövlətlər siyahısına salınması təhlükəsinəyolaçırmı" sualına cavabında "Mən belə bir nəticə çıxarmazdım" deyib.
Nihad