Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına İsveçdə terror aktları təhlükəsinin artması ilə bağlı xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumat yayıb.
Nazirlik hücumun xarici turistlərin sıx olduğu yerlərdə baş verə biləcəyinə aydınlıq gətirib. Məlumatda terrorçuların İsveçdə terror aktları törətməyə cəhd edə biləcəyi ehtimalı nəzərə alınıb.
Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, hücumlar, o cümlədən əcnəbilərin tez-tez olduğu yerlərdə ola bilər.
Departament xatırladıb ki, İraq və Suriyadakı münaqişə səbəbindən dünyada “Böyük Britaniyanın maraqlarına qarşı terror hücumları təhlükəsi artıb”.