Rusiya gecə saatlarında Ukraynanın Odessa vilayətinə 8 “Kalibr” və 15 “Şahid” tiplu hücum dronu (İran istehsalı) atıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının nümayəndəsi Sergey Bratçuk məlumat verib.
“Düşmən gecə saatlarında şəhərimizə 15 “Şahid” və 8 “Kalibr” tipli qanadlı raketlə hücum edib. Bütün hücumlar hava müdafiə qüvvələrimiz tərəfindən dəf edilib”, - Bratçuk deyib.
Rusiya qüvvələrinin gecə saatlarında Odessaya üç dəfə aviazərbələr endirdiyi, əsasən mülki obyektlərin hədəfə alındığı bildirilir.