14 Avqust 2023 15:56
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün rusiyalı diplomatlar, onların ailə üzvləri, ticarət missiyasının və “Rus Evi”nin əməkdaşları Moldovanı tərk ediblər. Ümumilikdə Kişinyovdan təxminən 70 nəfər gedib.

Teleqraf.com xəbər verir ki, Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov diplomatik missiyanın bundan sonra işləməsinin daha çətin olacağını bildirib.

“Diplomatik işçilərin sayının 10-a, inzibati-texniki işçilərin sayının isə 15-ə endirilməsi diplomatik nümayəndəliyin, Rusiya Elm və Mədəniyyət Mərkəzinin və Ticarət Nümayəndəliyinin işində çətinliklər yaradacaq. Amma biz yeni şəraitə uyğunlaşmağa çalışacağıq”, - səfir bildirib.

Vasnetsov qeyd edib ki, diplomatik nümayəndəliyin azaldılmasına baxmayaraq, Moldovada konsulluq işi davam etdiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər