15 Avqust 2023 08:15
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekvadorun Esmeraldas əyalətində “Vətəndaş İnqilabı” siyasi hərəkatının lideri Pedro Briones evinin yaxınlığında naməlum şəxslər tərəfindən öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə prezidentliyə namizəd Luis Qonzales bildirib.

L.Qonzalesin sözlərinə görə, hazırda Ekvador “ən qanlı dövr”ünü yaşayır, buna səbəb bacarıqsız hökumət və mafiyanın güclənməsidir.

Bundan əvvəl avqustun 9-da Ekvador prezidentliyinə namizəd Fernando Vilyavisensio paytaxt Kitoda keçirilən seçki mitinqindən sonra təhsil müəssisəsindən çıxarkən güllələnib.

Qeyd edək ki, avqustun 20-də Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər