16 Avqust 2023 22:24
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya hökuməti NATO-nun müdafiə xərcləri ilə bağlı planının yerinə yetirilməsi üzrə hüquqi öhdəlikləri üzərində götürməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, büdcənin maliyyələşdirilməsi haqqında qanun layihəsindən təcili olaraq hərbi ehtiyaclar üçün ümumi daxili məhsulun (ÜDM) illik 2%-nin ayrılması bəndi çıxarılıb.

Bu dəyişiklik o deməkdir ki, Berlin 1 il əvəzinə 5 il ərzində müvafiq məbləğdə vəsait xərcləmək üzrə cari öhdəliyinə diqqət ayırmağa davam edə biləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər