17 Avqust 2023 20:42
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ biolaboratoriyaları bütün dünyaya yayır. Süni infeksiya ocaqlarını formalaşdırmaq üçün Rusiyanın sərhədlərinin də perimetrini cızır.

Teleqraf.com xəbər verir ki, bu haqda Rusiyanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.

“Xəstəliklərin monitorinqi adı altında Vaşinqton həyasızcasına dünyanın hər yerinə qanunsuz laboratoriyalar yerləşdirir. Rusiya sərhədlərinin perimetri də bu cür qurumlarla sıx şəkildə qurulub. Pentaqonun Ukraynadakı fəaliyyəti isə xüsusi narahatlıq doğurur. ABŞ öz layihələrinə ölkənin onlarla dövlət qurumunu və özəl şirkətlərini cəlb edib”, - məlumatda qeyd edilib.

Bildirilir ki, ABŞ bunu bioloji böhranlar yaratmaq, süni infeksiya ocaqlarını formalaşdırmaq və epidemiyaları idarə etmək məqsədilə edir.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər