18 Avqust 2023 12:47
3 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya xarici işlər naziri Antonio Tacani Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin qətli ilə bağlı diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, nazir Qərbin Qəddafinin qətlinə seyirçi qalmasının çox ciddi səhv olduğunu deyib.

“Qəddafi demokratiyanın ən yaxşı nümunələrindən biri deyildi, amma onun öldürülməsindən sonra Liviya və Afrikada qeyri-sabitlik başladı”, - Tacani bildirib.

Qəddafi 2011-ci il oktyabrın 20-də doğulduğu Sirtdə müxalif silahlı qruplar tərəfindən öldürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər