20 Avqust 2023 15:21
2 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Luna-25” avtomatik stansiyası Ayın səthi ilə toqquşaraq, fəaliyyətini dayandırıb.

Teleqraf.com xəbər verir ki, stansiya “Soyuz-2.1b” raket daşıyıcısı ilə avqustun 11-də orbitə çıxarılmışdı.

Avqustun 16-da stansiya Ay ətrafındakı orbitə çıxıb, 21-də isə aparat Ayın səthinə enməli idi.

“Luna-25” avtomatik planetlərarası stansiyasının Ayın cənub qütbünə enməsi planlaşdırılsa da, bu, baş verməyib və avqustun 19-da “Roskosmos” “Luna-25”in göyərtəsində “nəzərdə tutulmamış vəziyyət”in ortaya çıxdığını açıqlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər