Qırğızıstan Talas vilayətindəki Kirov bəndində suyun səviyyəsinin kəskin azalması səbəbindən Qazaxıstanın cənub bölgəsinə su axınını dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilib.
“Suyun verilməsi Qırğızıstan və Qazaxıstan arasında imzalanmış su paylama proqramı və protokola əsasən həyata keçirilib. Beləliklə, biz Qazaxıstan qarşısında bütün öhdəliklərimizi yerinə yetirmişik”, - açıqlamada deyilir.
Həmçinin bildirilib ki, 550 milyon kubmetr su tutma qabiliyyətinə malik Kirov bəndində bu gün 14 milyon 500 min kubmetr su ölçülüb:
“Bu su həcmi ötən illə müqayisədə 92.1 milyon azdır. Bənd saniyədə 0.7 kubmetr (2022-ci ildə 13.7 kubmetr) su qəbul edir və su axınında artım müşahidə edilmir”.
Digər tərəfdən, Kənd Təsərrüfatı Nazirliyinin Suvarma Elmi-Tədqiqat İnstitutunun rəhbəri Ulan Çortombayev sosial media hesabında suyun səviyyəsinin xeyli aşağı düşdüyü görünən Kirov bəndinin fotosunu paylaşıb.
Çortombayev bənddəki suyun səviyyəsinin peyk üzərindən asanlıqla göründüyünü, anbarda qalan suyun balıqların ölməsinin qarşısını almaq üçün istifadə edildiyini bildirib.