Almaniya Kansleri Olaf Şolz və Fransa Prezidenti Emmanuel Makron 2022-ci il martın 4-də telefon danışığı zamanı Rusiya lideri Vladimir Putinin sanksiyalara reaksiyasından təəccüblənib.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti yazır.
“Məni danışıqlardan çox narahat edən odur ki, o, ümumiyyətlə sanksiyalardan şikayət etmir. Bilmirəm, səninlə söhbətdə bunu edibmi? Amma o, bunun adını belə çəkmədi”, - nəşr Fransa prezidenti ilə söhbət edən Şolzdan sitat gətirir.
Bundan əlavə, Almaniya kansleri bildirib ki, Putin yalnız Ukrayna məsələsində, xüsusən də bu ölkənin demilitarizasiyası və denazifikasiyası ilə bağlı kompromis əldə etməkdə maraqlıdır.
Makron da öz növbəsində etiraf edib ki, ona da Rusiya prezidentindən sanksiyalarla bağlı şikayətlər olmayıb.