13 Yanvar 2015 07:14
748
12 Punto 14 Punto 16 Punto 18 Punto
Afrika qitəsində "Ebola"ya yoluxaraq ölənlərin sayı sürətlə artmaqda davam edir. Qərbi Afrikada "Ebola" virusundan ölənlərin sayı artıq 8 371-ə çatıb.

Teleqraf.com-un ITAR-TASS agentliyinə istinadən məumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) informasiya yayıb.

Ümumilikdə, bu virusa 21 171 yoluxma halı qeydə alınıb.

Ölüm hallarının əksəriyyəti Qərbi Afrikanın üç ölkəsində - Liberiya, Sierra-Leone və Qvineyada qeydə alınıb.

Liberiyada 8 278 yoluxma və 3 515 ölüm halı qeydə alınıb. Xəstəliyə ən çox yoluxma halları Sierra Leonedə qeydə alınıb – 10 094 nəfər, ölənlərin sayı isə 3 049 nəfər təşkil edir. Qvineyada 2799 nəfər xəstələnib, 1807 nəfər ölüb.

Qeyd edək ki, əvvəlki hesabatla müqayisədə ölənlərin sayı 82 nəfər, virusa yoluxanların sayı isə 85 nəfər artıb.


Müəllif:

Oxşar xəbərlər