30 Avqust 2023 22:42
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun (Türkiyə) yerli hökumət orqanları metropolda su ehtiyatları ilə bağlı kritik vəziyyətlə əlaqədar 15 min müştəriyə bağ və qazonların suvarılması üçün suyun verilməsini müvəqqəti dayandırıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı İstanbul Su və Kanalizasiya İdarəsi tərəfindən abonentlərə müvafiq bildiriş göndərilib.

Rəsmilər qeyd ediblər ki, hazırda su anbarlarının doldurulması ilə bağlı vəziyyət kifayət qədər kritikdir və vətəndaşların içməli, həmçinin texniki su ilə təminatında fasilələrlə bağlı risklər yaranarsa, səlahiyyətlilərin bəzi istehlakçılar üçün suyun verilməsini məhdudlaşdırmaq hüququ var.

Məlumata görə, İstanbulda orta gündəlik su istehlakı 3,5 milyon kubmetrə çatıb. İdarənin 7 milyon müştərisindən 15,6 min abonenti sudan qapalı bağların və qazonların suvarılması üçün istifadə edir.

Səlahiyyətlilər vəziyyəti kritik adlandırırlar.

Xatırladaq ki, bir müddət əvvəl İstanbul meri Əkrəm İmamoğlu sakinləri quraqlıq təhlükəsi ilə bağlı su ehtiyatlarına qənaət etməyə çağırmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər