31 Avqust 2023 08:15
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində yenidən seçiləcəyi təqdirdə siyasi düşmənlərini həbs edəcəyinə söz verib.

Teleqraf.com xəbər verir ki, o, eyni zamanda Baydeni belə rəqiblərdən biri hesab etdiyinə eyham vurub.

Jurnalist Trampdan Hillari Klintonun rəqibini həbs etmədiyinə görə peşman olub-olmadığını və onun hazırkı “siyasi düşmənlərini” “həbs edib-etməyəcəyini” soruşub. Tramp müsbət cavab verib.

“Cavab belədir: Mənim başqa seçimim yoxdur, çünki bunu bizə edirlər”, - eks-prezident bildirib.

Tramp həmçinin əlavə edib ki, ABŞ-ın hazırkı Prezidenti Co Baydenin ona qarşı irəli sürülən ittihamlarda əli olduğunu düşünür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər