1 Sentyabr 2023 08:00
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa hökumətinin pensiya islahatı çərçivəsində qəbul etdiyi, kütləvi etirazlara və tətillərə səbəb olan bir sıra fərmanlar bu gün, sentyabrın 1-dən qüvvəyə minir.

Teleqraf.com xəbər verir ki, əsas dəyişikliklərdən biri pensiya yaşının artırılması olacaq.

Belə ki, sentyabrın 1-dən ödənişlərin tam şəkildə alınması üçün minimum pensiya yaşı 62 deyil, 62 yaş 3 ay olacaq.

Hakimiyyət 2030-cu ilə qədər bu rəqəmi 64 yaşa çatdırmaq üçün hər il üç ay artırmaq niyyətindədir. Dəyişikliklər həm də dövlət qulluqçularına təsir edəcək. Onların minimum pensiya yaşı müvafiq olaraq 57-dən 59-a və 52-dən 54-ə yüksələcək.

Bundan əlavə, adi fransızlar tam pensiya almaq üçün daha uzun müddət işləməli olacaqlar. Əksər pensiyalar üçün tələb olunan iş təcrübəsi 2027-ci ilə qədər tədricən 42 ildən 43 ilə qədər artacaq.

Həmçinin sentyabrın 1-dən Paris nəqliyyat idarəsinin əməkdaşları, enerji şirkətləri və Fransa bankının əməkdaşları da daxil olmaqla, xüsusi pensiya rejimləri ləğv edilməyə başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər