Elm adamları Qədim Misir fironi II Amenhotepin bacısı Senetneyin mumiyalanması zamanı istifadə edilən ətri çoxalda biliblər.
Teleqraf.com xəbər verir ki, bir əsr əvvəl Misir Fironlar Vadisində iki bankada tapılan balzam qalıqları aromanın çoxaldılması üçün istifadə edilib.
“Əbədiyyət ətri” adlanan ətir bir vaxtlar Misirin zadəgan qadınları üçün uyğun hesab olunub.
Ətirin tərkibinə arı mumu, bitki yağı və ağac qatranı daxildir. Məhz bu inqrediyentlərdən 3500 il əvvəl Senetney adlı qadının mumiyalanması zamanı istifadə edilib.
Unikal qoxu kimyəvi maddələri ayırmaq və onların nədən hazırlandığını müəyyən etmək üçün qabaqcıl üsullardan istifadə edilməklə yenidən işlənib.
Tədqiqatçılar müəyyən ediblər ki, balzamlar arı mumu, bitki və digər müxtəlif yağlar, bitum, balzam və bir neçə qatran qarışığından hazırlanıb. Bunun sayəsində elm adamları Qədim Misirin ticarət yollarını da araşdırıblar. Məsələn, balzamlarda istifadə edilən spesifik ağac qatranlarının Aralıq dənizinin şimalından gətirildiyi ehtimal olunur.