“Rusiya Mərkəzi Bankı valyuta nəzarəti mövzusunda əvvəlkindən daha liberal mövqe tutur. İndi vəziyyət dəyişib. Valyuta axını ilə bağlı daha sərt tədbirlərin görülməsini istəyirik”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov paytaxt Moskvada keçirilən konfransda deyib.
Nazir Rusiyada valyuta nəzarətinin gücləndirilməsi ilə bağlı məsləhətləşmələrin davam etdiyini bildirib: “Bu mövzuda bir həll və ortaq yanaşma tapacağıq. Həll axtaranlar sonunda tapacaq”.
Qeyd edək ki, rublun ucuzlaşması ilə əlaqədar ölkədə xarici valyutaya nəzarət artıb. Rusiya Mərkəzi Bankı avqustun 15-də faiz dərəcəsini 8,5 faizdən 12 faizə qaldırıb.