2 Sentyabr 2023 19:41
3 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Rusiyanın Aya çırpılan “Luna-25” kosmik gəmisinin Ayın səthində krater yarada biləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, NASA-nın Ay orbitində hərəkət edən kosmik gəmisi “LRO” planlaşdırılan eniş nöqtəsindən təxminən 400 kilometr aralıda Ayın səthində yeni 10 metr diametrli kraterin görüntüsünü çəkib.

NASA-nın açıqlamasına görə, yeni kraterin “Luna-25”in zərbə nöqtəsinə yaxın olması səbəbindən təbii təsir deyil, kosmik gəminin zərbəsi nəticəsində əmələ gəldiyi təxmin edilir.

Qeyd edək ki, Rusiyanın 47 ildən sonra Aya göndərilən ilk kosmik gəmisi “Luna-25” avqustun 19-da nəzarətdən çıxıb və Ayın səthinə çırpılıb. Moskva kosmik missiyanın uğursuzluğundan sonra qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiyanın yaradıldığını açıqlayıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər