İsrail Knessetinin sədri Amir Ohana Gürcüstana rəsmi səfərə gəlib.
Teleqraf.com xəbər verir ki, sentyabrın 4-də o, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşəcək, bundan sonra onlar birgə mətbuata bəyanatla çıxış edəcəklər.
Ohana həmçinin Baş nazir İrakli Qaribaşvili, xarici işlər naziri İlya Darçiaşvili və Ali Məhkəmənin sədri Nino Kadagidze ilə görüşəcək.