Ukrayna ordusu Zaporoje vilayətində Rusiya qoşunlarının birinci müdafiə xəttini keçdikdən sonra orada yaradılan yarığı genişləndirir. Ukrayna hazırda bu zolağın taktiki arxa hissəsində texnika və şəxsi heyətini yerləşdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Ukraynanın piyada qoşunları düşmən rusların müdafiə xəttini təşkil edən tank əleyhinə xəndəklərin və barrikadaların arxasındakı mövqelərə doğru irəliləyiblər. Amerikalı ekspertlərin fikrincə, ukraynalılar bu mövqeləri saxlamaq niyyətindədir. Bununla belə, ISW Ukraynanın hazırda bu ərazilərdə ağır texnikalarının olmadığını da bildirib.
Son geolokasiya görüntülərinə əsasən, Ukrayna qoşunları Verbovoyun qərbində üçxətli müdafiənin bir hissəsi olan tank əleyhinə xəndəklərdən və barrikadalardan şərqdə yerləşən mövqelərə irəliləyib. Ukraynalılar şimal-qərbdən Verboveyə aparan yol boyu yerləşən müdafiə mövqelərinə qədər irəlilədikləri də bildirilib.
Digər görüntülərdə Ukrayna ordusunun rusların Robotin və Novoprokopivka arasında yerləşən mövqelərinə irəlilədiyi görünür.