Türkiyənin Ədirnə və Muğla şəhərlərində 119 miqrant saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Ədirnədə Bolqarıstana keçməyə cəhd edən 89 qanunsuz miqrant yaxalanıb. Saxlanılanlardan 55-i Suriya, 34-ü isə İraq vətəndaşıdır.
Muğlada isə 30 qanunsuz miqrant saxlanılıb.
Əməliyyat zamanı qeyri-qanuni miqrantlar deportasiya olunmaq üçün geri qaytarma mərkəzinə təhvil verilib.