8 Sentyabr 2023 16:16
1 875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Gürcüstan da daxil olmaqla beynəlxalq tərəfdaşlarının Ukraynadakı müharibəyə görə Rusiyanı təcrid etmək üçün səy göstərəcəyini gözləyir.

Teleqraf.com xəbər verir ki, bunu Tiflisdə səfərdə olan AB diplomatiyasının rəhbəri Jozef Borel deyib.

“Biz Ukraynanı dəstəkləyirik və lazım olduğu qədər də dəstəkləməyə davam edəcəyik. Beynəlxalq tərəfdaşlarımızın Rusiyanı təcrid etmək səylərini əlaqələndirmələri son dərəcə vacibdir. Buna görə də, sanksiyaların qarşısını almaq üçün səylərinizi alqışlayırıq”, - Borel Gürcüstan hakimiyyətinə müraciətində bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər