10 Sentyabr 2023 01:37
6 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Hindistan, Yaxın Şərq və Avropanı birləşdirəcək yeni iqtisadi və infrastruktur dəhlizi layihəsində aparıcı rol oynamaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Hindistanda keçirilən G20 ölkələrinin liderlərinin Zirvə toplantısının xüsusi sessiyasındakı çıxışı zamanı deyib.

Meloni yeni imkanlar və rifah yaratmaq yanaşması ilə reallaşdırılması nəzərdə tutulan yeni iqtisadi dəhlizin qlobal əlaqələri gücləndirəcəyini, İtaliya iqtisadiyyatının inkişafına səbəb olacağını və ölkəsinin bu istiqamətdə öz töhfəsini verməyə hazır olduğunu söyləyib.

Baş nazir İtaliyanın aşağı və orta gəlirli ölkələrdə daha yaxşı gələcək və infrastruktur qurmaq istədiyini, İtaliya şirkətlərinin dənizçilik və dəmir yolu sektorlarında böyük təcrübəsi olduğunu, iqtisadi dəhlizin biznes sektorunda qarşılıqlı fayda üçün böyük potensial yaradacağını qeyd edib.

O vurğulayıb ki, ölkəsi Aralıq dənizi ilə Hind-Sakit okeanları arasında enerji və rəqəmsal əlaqələr daxil olmaqla, Afrika və Körfəz arasında “körpü”lərin qurulmasına töhfə vermək istəyir.

“Biz Avropa İttifaqının dəstəklədiyi, İtaliya və Tunisi birləşdirəcək elektrik enerjisinin ötürülməsi layihəsini həyata keçiririk. Həmçinin enerji sektorunda, xüsusilə də Yaxın Şərqdə istehsal olunan yaşıl hidrogenin Aralıq dənizinə nəqlində birgə fəaliyyət göstərə bilərik”, - deyə Baş nazir bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər