14 Yanvar 2015 02:47
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Myanmarda 20 müsəlmana kifayət qədər dəlilin olmamasına baxmayaraq, "terror əlaqəsi" şübhəsiylə uzunmüddətli həbs cəzası verilib.

Teleqraf.com-un məlumatına görə, yerli media da müsəlmanlara qarşı bu qərarın ədalətsiz olduğunu və bilavasitə dini ayrı-seçkilikdən irəli gəldiyini təsdiqləyib.

Məhkum edilən müsəlmanların ötən avqust ayında Şan əyalətinin cənubunda bir toy mərasimində iştirak etmək üçün səyahət edərkən həbs olunduqları bildirilir.

Polis səlahiyyətliləri toy mərasiminə gedən müsəlmanların avtomobillərində silah tapıldığını iddia etmişdilər.

Müttəhimlərin vəkili Şvi isə bu iddianı rədd edib. O, müvəkkillərinin silahlarının və heç bir terror təşkilatı ilə əlaqələrinin olmadığını vurğulayaraq, "Yanlarında yalnız yemək vardı" söyləyib.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər