Daxili İşlər Nazirliyi Kalininqrad vilayəti ilə sərhəddə Rusiya dövlət nömrə nişanlı 40-a yaxın avtomobil Litvaya buraxılmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a Kalininqrad vilayəti gömrük idarəsinin mətbuat xidməti bildirib.
Litva tərəfi müxtəlif səbəblərdən Rusiya Federasiyasında qeydiyyatda olan qırxadək şəxsi istifadə üçün avtomobili Kalininqrad vilayətinə geri qaytarıb.
Sürücülərə sərhədi keçməyə icazə verilməyib və onlar Rusiya ərazisinə qayıdıblar. Litva tərəfi Kalininqrad gömrükçülərinə məsələ ilə bağlı izahat verməyib.