14 Yanvar 2015 09:26
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçdə çox gizli bir “karikatura toplantısı” keçiriləcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Norveç təhlükəsizlik təşkilatına bağlı olan məxfi polis təşkilatı (PST) ölkədəki bütün media quruluşlarının rəhbərlərini toplayıb.

Toplantının gizli olmasına baxmayaraq, Norveç Baş Redaktorlar Birliyinin başçısı Arne Jensen bəzi məqamlara aydınlıq gətirib. O, PST-nin bütün media quruluşlarının rəhbərlərini terror hücumlarına qarşı görüləcək tədbirlərlə bağlı məlumatlandırmaq üçün toplantıya çağırdığını söyləyib.

Arne Jensenin sözlərinə görə, toplantıda xüsusi olaraq “Charlie Hebdo”nun Məhəmməd peyğəmbərin karikaturalarını yenidən dərc etməsi və bir çox ölkə mediasının həmrəylik nümayişi olaraq karikaturaları dərc edəcəyi barədə xəbərlər müzakirə olunacaq.


Müəllif:

Oxşar xəbərlər