16 Sentyabr 2023 13:49
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Küveytdəki səfiri Əl-Mənhəl əs-Safi ölkəsinin Xor Abdullah sazişini etibarsız saymasından sonra Küveyt Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, XİN-də səfirə Küveytin etiraz notası təqdim edilib.

Notada sözügedən razılaşmanın 2013-cü ildə İraq və Küveyt parlamentləri tərəfindən təsdiqləndiyi xatırladılıb.

Sentyabrın 4-də İraq Federal Məhkəməsi iki ölkə arasında uzun müddətdir müzakirə mövzusu olan dəniz sərhədinin müəyyənləşdirilməsi və naviqasiyanı tənzimləmək üçün 2012-ci ildə imzalanan, 2013-cü ildə təsdiqlənən Xor Abdullah sərhəd müqaviləsinin etibarsız olduğuna qərar verib.

İraqın 1990-cı ildə Küveytə hücumundan sonra BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə verdiyi 833 saylı qərarla iki ölkə arasındakı quru sərhədi müəyyən edilmiş, amma dəniz sərhədinin çəkilişi onların öhdəsinə buraxılmışdı.

2003-cü ildə İraq və Küveyt arasında diplomatik münasibətlərin bərpasından sonra sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqlara başlanılıb. Bu çərçivədə, Xor Abdullahda naviqasiyanı tənzimləyən müqavilə imalanıb. Bununla belə, sözügedən razılaşma bəzi iraqlı rəsmilər tərəfindən İraqı suverenliyindən uzaqlaşdırdığı iddiası ilə tənqid olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər