ABŞ dövlət katibi Entoni Blinken və BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller məlumat verib.
Tərəflər telefon danışığında Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı məsələləri müzakirə ediblər.
Onun sözlərinə görə, Blinken və Quterreş Qara dəniz taxıl müqaviləsini, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı və Haitidəki təhlükəsizlik vəziyyət və bir sıra məsələlər ətrafında müzakirə aparıblar.