ABŞ Prezidenti Cozef Bayden ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, o bunu ciddi risklər olması ilə izah edib.
“Tehranda həbsdə olan vətəndaşlarımızın evlərinə qayıtmasını alqışlayarkən bir daha bütün amerikalılara İrana səfərlərin ciddi risk daşıdığını xatırladıram. ABŞ pasportu olanlar oraya getməməlidir”, - Bayden deyib.
ABŞ lideri əlavə edib ki, İranda Amerika vətəndaşları oğurlanma, əsassız həbs və saxlanma ilə üzləşə bilərlər.