19 Sentyabr 2023 15:50
4 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva İrəvanla əməkdaşlığa sadiqdir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Rəsmi İrəvan bu cür addımlarla Vaşinqton və Brüsselin Rusiyaya qarşı düşmənçilik siyasətini həyata keçirməsinə münbit şərait yaradır”, - Rusiya rəsmisi bildirib.

Zaxarova bunu İrəvanın Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutunun ratifikasiya prosesini, Ukrayna ilə əlaqələri və Ermənistanın ABŞ-la təlimlərini şərh edərkən söyləyib.

Onun sözlərinə görə, Moskva Ermənistan hakimiyyətinin qərblilərin başlatdığı yeni avantüranın təhlükəsini dərk edəcəyinə və Ermənistanın düzgün qərar verəcəyinə ümid edir.

“Biz öz tərəfimizdən Rusiya-Ermənistan müttəfiqliyinə sadiqliyimizi və İrəvanla qarşılıqlı fəaliyyət üçün müxtəlif praktiki addımlar atmağa hazır olduğumuzu təsdiq edirik”, - Zaxarova vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər