Məhbus mübadiləsi danışıqları fonunda ABŞ və İran bəzi məsələlərdə kompromis əldə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” nəşri rəsmilərə istinadla məlumat yayıb.
Ehtimal olunan razılaşmaya görə, ABŞ İranın neft yüklərini müsadirə etməkdən imtina edir, Tehran Bəsrə körfəzində xarici tankerləri təqibi dayandırır.
WSJ-nin məlumatına görə, İran və ABŞ danışıqlarda gərginliyə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə razılaşıb. Rəsmilər deyirlər ki, Vaşinqtonun kompromisləri sanksiyalardan sonra ciddi addımdır.
Sentyabrın 18-də İran məhbus mübadiləsi anlaşması çərçivəsində 5 ABŞ vətəndaşını azad edib. ABŞ isə öz növbəsində 5 İran vətəndaşını sərbəst buraxıb.