14 Yanvar 2015 19:52
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanzaniyada ara həkimlərinin fəaliyyəti qadağan edilib.

Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata əsasən, buna səbəb 4 yaşlı albinos qızın oğurlanması olub. Faktla bağlı 15 nəfər, o cümlədən qızın atası həbs olunub.

Ölkə hakimiyyəti insidentin arxasında cadugərliklə məşğul olan ara həkimlərinin dayandığını ehtimal edir.

Tanzaniyada təqribən 50 milyon insan yaşayır və onların 12 faizi yerli ayinlərə ibadət edir. Son 15 ildə 74 albinos hücuma məruz qalıb. Bir çoxlarının meyitləri tapılarkən bədənlərinin müxtəlif hissələri parçalanmış vəziyyətdə olub.

Yerli inanca görə uğur qazanmaq və varlı olmaq üçün albinosun bədənini xüsusi otlar və dəniz suyu ilə qarışdırmaq lazımdır.


Müəllif:

Oxşar xəbərlər